Prezident Özbəkistanla bağlı bu qanunu imzaladı

Prezident Özbəkistanla bağlı bu qanunu imzaladı
SİYASƏT 17 Noyabr 2026 15:57

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” təsdiq edilib.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

    Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.