"Putin, Si Cinpin və Tramp yenidən görüşə bilər" - Lavrov
Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək üçtərəfli görüşün gündəliyi artıq formalaşıb.
Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, liderlərin nəyi müzakirə edəcəyinin artıq təxminən aydın olduğunu qeyd edib.
Rusiya XİN başçısı vurğulayıb ki, bundan əlavə, liderlər sərbəst fikir mübadiləsi aparmaq imkanına malik olacaqlar.
Sergey Lavrov onu da qeyd edib ki, Rusiya, Çin və ABŞ liderləri Şençjendəki görüşü faydalı hesab etsələr, yenidən üçtərəfli formatda görüşə bilərlər. O, bunun ehtimalını proqnozlaşdırmasa da, liderlərin yenidən görüşməsinin o qədər də çətin olmayacağını deyib.