Krım körpüsündə dəmir yolu hərəkəti bərpa olundu

Krım körpüsündə dəmir yolu hərəkəti bərpa olundu
Dünya 17 Noyabr 2026 14:46

Krım körpüsündə dəmir yolu hərəkəti bərpa olunub.

Sitat.info xəbər verir ki, bu barədə Krımın dəmir yolu daşımalarının operatoru “Grand Service Express” şirkəti məlumat yayıb.

    Krım rəhbəri Sergey Aksenov da körpüdə dəmir yolu hərəkətinin bərpa olunmasını təsdiqləyib.

    Qeyd edək ki, Ukrayna noyabrın 16-da dronla, 17-də isə “Flamingo” raketi ilə Krım körpüsünə iki dəfə zərbə endirib. İkinci zərbə körpünün avtomobil yolu hissəsini və tağlardan birini dağıdıb. Nəticədə körpüdə nəqliyyatın hərəkəti tam dayandırılıb.