Pensiya ilə bağlı şad xəbər
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.
Sitat.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Digər bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafikə uyğun ödəniləcək.
Qeyd edək ki, ötən ay Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar oktyabrın 14-də ödənilib.