Türkiyədə telekanalda əməliyyat: Rəhbər şəxs saxlanıldı

Türkiyədə telekanalda əməliyyat: Rəhbər şəxs saxlanıldı
Dünya 17 Noyabr 2026 10:40
Bu gün səhər saatlarında Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat həyata keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Verilən məlumata görə, kanalın İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmənin müvafiq qərarına əsasən polis əməkdaşları telekanalın binasında axtarış işləri aparıb, ərazidə isə təhlükəsizlik tədbirləri görülüb.