Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - FOTO

Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - FOTO
Gündəm 17 Noyabr 2026 19:25

Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur “VIVANT” serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişləri Azərbaycanda həyata keçirilib.

Beynəlxalq layihənin çəkilişlərində 26 azərbaycanlı aktyor iştirak edərək müxtəlif obrazları canlandırıb.

Serialda Şəhriyar Əbilov, Elnur Hüseynov, Pərviz Məmmədrzayev, Manaf Dadaşov, Mirzə Ağabəyli, İlqar Musayev, Fidan Tarverdiyeva və başqa məşhur aktyorlar iştirak edirlər.

Qeyd edək ki, layihə ARKA nəzdində fəaliyyət göstərən Azərbaycan Film Komissiyası və Bakı Media Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.