Macarıstan Ukrayna ilə dəmir yolu əlaqəsini dayandırdı

Macarıstan Ukrayna ilə dəmir yolu əlaqəsini dayandırdı
Gündəm 17 Noyabr 2026 18:47

Rusiyanın Zakarpatiya bölgəsində yerləşən Mukaçevo dəmir yolu vağzalına dron hücumundan sonra Macarıstan Ukrayna ilə dəmir yolu əlaqəsini iki gün müddətinə dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Peter Madyar məlumat verib.

“Bu yaxınlarda Zakarpatiya vilayətində Rusiya dronu Mukaçevo dəmir yolu vağzalından 300 metr aralıda yerləşən əraziyə düşüb. Macarıstandan gələn qatarın macar heyəti təxliyə edilib. Bu gün və sabah Macarıstanla Ukrayna arasında dəmir yolu əlaqəsini dayandırırıq”, - Madyar sosial şəbəkə hesabında yazıb.

Macarıstanın xarici işlər naziri Anita Orban da Zakarpatiyada yaşayan macar icmasına və Ukrayna xalqına həmrəyliyini bildirib. O qeyd edib ki, Ukrayna xalqı artıq beş ilə yaxındır hər gün müharibə dəhşətləri ilə üzləşir və gündəlik həyatını davam etdirmək üçün böyük səylər göstərir.

Rusiya ordusu noyabrın 17-də Ukraynanın Zakarpatye vilayətində yerləşən Mukaçevo şəhərinə hücum edib.