Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
İQTİSADİYYAT 16 Noyabr 2026 14:30

Azərbaycanda minimum əmək haqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.

Sitat.info oxu.az-a istinadla xəbər verir ki, minimum əmək haqqının 100 manat civarında artırılması proqnozlaşdırılır.

Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır.

Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihənin parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılması gözlənilir.