Mbappe Ardanın müqaviləsinə sevindi - “Bu gecə daha yaxşı yatacam”
“Real”ın futbolçusu Kilian Mbappe Arda Gülərin Madrid klubu ilə yeni müqavilə imzalamasına maraqlı şərh verib.
Sitat.info xəbər verir ki, o, türkiyəli futbolçunun sözləşmədən paylaşdığı fotoya şərh yazıb.
Mbappe Ardanın 2032-ci ilə qədər “Real”la müqavilə imzalamasına sevindiyini bildirib: “Sağ ol. Bu gecə daha yaxşı yatacam” – deyə fransalı forvard şərh yazıb.
