Masallıda ustanı elektrik cərəyanı öldürdü
Masallı rayonunda ustanı elektrik cərəyanı vurub.
Sitat.info Report-a istinadla xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü Fuad Kərimovu usta işlədiyi evdə elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.