Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi
Dünya 21 Noyabr 2026 13:24
Vyetnam narkotik qaçaqmalçılığı və digər cinayətlərə görə ölüm hökmünü ləğv edib.

Sitat.info xəbər verir ki, bu barədə “Channel News Asia” məlumat yayıb.

Ölkədə Milli Assambleya tərəfindən qəbul edilən yenilənmiş Cinayət Məcəlləsinə əsasən, ölüm hökmü yalnız dövlətə xəyanət, qəsdən adam öldürmə, terrorçuluq və narkotik vasitələrin qanunsuz istehsalına görə tətbiq ediləcək.

Narkotik qaçaqmalçılığı ilə yanaşı, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, qiyam və yetkinlik yaşına çatmayan şəxsin zorlanması da ölüm hökmü nəzərdə tutulan cinayətlərin siyahısından çıxarılıb. Bu əməllərə görə ən ağır cəza ömürlük həbs olacaq.

Qeyd edək ki, Vyetnamda ölüm hökmləri ölümcül inyeksiya vasitəsilə icra olunur. Güllələnmə yolu ilə edam 2013-cü ildə ləğv edilib. Bununla belə, ölkə hakimiyyəti edam edilən şəxslərin sayı ilə bağlı rəsmi məlumatları heç vaxt açıqlamayıb.