“Turan Tovuz” “Şamaxı”ya qalib gəldi

“Turan Tovuz” “Şamaxı”ya qalib gəldi
İdman 21 Noyabr 2026 17:12

Misli Premyer Liqasında 12-ci tur davam edir. 

Sitat.info xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1- artıq başa çatıb.

“Şamaxı” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. Oyunda "Turan Tovuz" azlıqda qalsa da, 2:0 hesablı qələbə qazanıb.

“Şəfa” isə Sumqayıtda “Qəbələ”ni qəbul edəcək. 

21 noyabr (şənbə)

14:30. “Şamaxı” - “Turan Tovuz” - 0:2 

Qollar: Jo Batista, 34, İbrahima Vadji, 88 

Qırmızı vərəqə: Xorxe Silva, 75 (“Turan Tovuz”)

Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov, Nicat İsmayıllı (VAR), Gülnurə Əkbərzadə (AVAR)

Şamaxı şəhər stadionu