6 yaşlı uşağı maşın vurdu

6 yaşlı uşağı maşın vurdu
HADİSƏ 21 Noyabr 2026 16:50

Gədəbəydə 6 yaşlı oğlan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Qaradağ kəndi ərazisində qeydə alınıb.

2020-ci il təvəllüdlü S. Həsənovu avtomobil vurub.

Azyaşlı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb./qafqazinfo