Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik"

Paşinyan: \"Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik\"
Dünya 21 Noyabr 2026 16:04

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.

Sitat.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan İrəvanda keçirilən "Digitec" yüksək texnologiyalar forumunda "Nvidia" şirkətinin vitse-prezidenti Rev Lebaredyanın da iştirak etdiyi müzakirələr zamanı məlumat verib.

Paşinyan bildirib:

"Sabah biz layihəsinin rəsmi olaraq işə salınması barədə bəyanat verəcəyik".

Hökumət başçısı vurğulayıb ki, elektrik enerjisinin tranziti bu təşəbbüsün mühüm tərkib hissələrindən biridir. Ermənistan öz enerji sistemlərini Azərbaycan və Türkiyə şəbəkələri ilə əlaqələndirmək niyyətindədir.

Bundan əvvəl ABŞ-nin AECOM şirkəti Ermənistanın baş nazirin müavini Mqer Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim etmişdi.