Təcili! Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs başladı  

Təcili! Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs başladı  
Dünya 27 Oktyabr 2026 12:51

Ukrayna Rusiyanın nəzarətində olan Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatla əlaqədar elan edilən müvəqqəti atəşkəsə əməl etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Ukraynanın ombudsmanı Dmitro Lubinets atəşkəsin Kiyev vaxtı ilə saat 03:00-da qüvvəyə mindiyini açıqlayıb.

O, prosesin Melaniya Trampın vasitəçiliyi və koordinasiyası ilə həyata keçirilən humanitar missiya çərçivəsində baş tutduğunu qeyd edib.

Rusiya Baş Qərargahının məlumatına görə, humanitar əməliyyatla əlaqədar oktyabrın 27-də Xerson istiqamətində hücumlar müvəqqəti dayandırılıb.

Aytac,

Sitat.info