Azərbaycan nefti bir az da bahalaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,01 ABŞ dolları və ya 0,8 % artaraq 127,6 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, builki dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.