Məktəblərdə "adambaşına maliyyələşmə" qaydaları qüvvəyə mindi

Məktəblərdə \"adambaşına maliyyələşmə\" qaydaları qüvvəyə mindi
TƏHSİL 26 Oktyabr 2026 18:15
Baş naziri Əli Əsədov dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi və hər bir şagirdə düşən illik təhsil xərclərinin miqdarı ilə bağlı müvafiq qərar imzalayıb.

Sitat.info xəbər verir ki, sənədə əsasən, ümumi təhsil müəssisələrinin növlərinə görə hər bir təhsilalana düşən illik baza təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib:

Tam orta ümumtəhsil məktəbi - 2000 manat

Lisey - 2200 manat Gimnaziya - 2200 manat Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat İnternat tipli lisey - 3000 manat İnternat tipli gimnaziya - 3000 manat

Sənəddə qeyd olunub ki, müəyyən edilmiş bu məbləğlər ilkin baza məbləğləridir. Məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi zamanı təhsilin ayrı-ayrı səviyyələrinə (ibtidai, ümumi orta, tam orta) uyğun olaraq bu rəqəmlərin üzərinə xüsusi artım əmsalları tətbiq ediləcək.

Sözügedən qərar 2026-cı il sentyabrın 15-dən etibarən qüvvədə hesab edilərək tətbiq olunur.