1000 gün ərzində müharibəyə hazır olmalıyıq - Britaniyanın müdafiə naziri 

1000 gün ərzində müharibəyə hazır olmalıyıq - Britaniyanın müdafiə naziri 
Dünya 26 Oktyabr 2026 12:36

Britaniyanın müdafiə naziri Ues Stritinq ölkənin qarşıdakı 1000 gün ərzində müharibəyə hazır olmasının vacibliyini bildirib.

Sitat.info xəbər verir ki, nazir Rusiyadan qaynaqlanan təhlükələr fonunda vətəndaşları üç günlük ərzaq və su ehtiyatı toplamağa çağırıb.

Stritinqin sözlərinə görə, 2030-cu ilə qədər potensial rəqiblərin hərbi imkanları Britaniyaya hücum təhlükəsini artıra bilər.

Hökumət əhaliyə su, konservləşdirilmiş qida, ilk yardım çantası, fənər və batareyalı radio kimi fövqəladə vəziyyət ləvazimatları saxlamağı tövsiyə edib.

Britaniya rəsmiləri həmçinin kiberhücumların, enerji və digər vacib xidmətlərdə fasilələrin yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Hakimiyyət bu çağırışların panika yaratmaq deyil, ölkənin böhranlara hazırlığını gücləndirmək məqsədi daşıdığını bildirir.

Tehran,
Sitat.info