Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq
SOSİAL 26 Oktyabr 2026 09:18
Payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 26-da Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Sitat.info-ya bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun S.S.Axundov küçəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsində, Təzə Yurd və 2A yaşayış massivlərində qazın verilişi müvəqqəti dayandırılacaq.