Goranboyda “Changan” piyadanı vuraraq öldürdü
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Changan" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən piyada 1972-ci il təvəllüdlü E. Yusifovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır (APA).