Davada öldürülən Ceyhunun oğlu MMA üzrə idmançıdır - FOTO

Davada öldürülən Ceyhunun oğlu MMA üzrə idmançıdır - FOTO
Gündəm 24 Oktyabr 2026 15:56

Bakıda kütləvi davada öldürülən Ceyhun Mirağayevin oğlu Əli Mirağayev qaydasız döyüş (MMA) üzrə idmançıdır.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, o, bir sıra beynəlxalq yarışların iştirakçısı və qalibi olub.

Perspektivli idmançılardan biri sayılır.

Xatırladaq ki, Ceyhun Mirağayevin qətlə yetirilməsi ilə nəticələnən hadisə Xətai rayonu, Əhmədli qəsəbəsindəki "Ab Hava" restoranında qeydə alınıb. 23 oktyabrda gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.