“İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
ABŞ kəşfiyyatı İranın xaricdə fəaliyyət göstərən amerikalı diplomatlara və vəzifəli şəxslərə qarşı sui-qəsd cəhdləri planlaşdırdığını güman edir.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı “Axios” portalı yayıb.
ABŞ dövlət katibi Marko Rubioya göndərilən rəsmi kəşfiyyat qeydlərinin bir nüsxəsini əldə edən portal yazır ki, ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və ondan kənarda amerikalı diplomatlara və rəsmi şəxslərə qarşı sui-qəsd cəhdləri həyata keçirmək istiqamətindəki səylərini “əhəmiyyətli dərəcədə gücləndirdiyini” və bu əməliyyatlarla bağlı hazırlıqların yüksək mərhələyə çatdığını hesab edir.
Sənəddə həmçinin İranına rtıq bu istiqamətdə hazırladığı planlar barədə xəbərdarlıq da yer alıb.