"Biz döyüşmək istəmirik, Ukrayna istəyirsə, döyüşsün" - Putin   

\"Biz döyüşmək istəmirik, Ukrayna istəyirsə, döyüşsün\" - Putin   
Dünya 22 Oktyabr 2026 22:30

Rusiya Ukrayna ilə döyüşmək istəmir, amma Kiyev istəyirsə, qoy döyüşsün.

Sitat.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Pavel Zarubinlə müsahibəsində bildirib.

Rusiya dövlət başçısının sözlərinə görə, Moskva danışıqlara hazırdır və Kiyevlə bağlı çətin vəziyyəti həll etməyə hazırdır.

O qeyd edib ki, Rusiya Ukraynaya Donbasla danışıqlarda kömək təklif edib, lakin Kiyev silahları seçib.

Putin əlavə edib ki, Rusiyanı zəiflətmək naminə müharibə hətta Ukrayna üçün belə milli ideya ola bilməz.