Donald Tramp jurnalistə: Sən axmaqsan!

Donald Tramp jurnalistə: Sən axmaqsan!
Dünya 22 Oktyabr 2026 11:50
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə CNN telekanalının jurnalistini “axmaq” adlandırıb.

Sitat.info xəbər verir ki, CNN-in əməkdaşı Trampdan ABŞ-nin Rusiyaya niyə sanksiya tətbiq etmədiyini soruşanda, prezident bu məsələdən heç nə anlamadığını bildirib.

“Siz heç nə başa düşmürsünüz. Axmaqsınız, aşağı IQ-ya malik insansınız. Axmaqsınız və CNN-də işləyirsiniz”, - Tramp jurnalistə cavab verib.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi Ukrayna ilə danışıqlara mane olardı və Moskvanın həbsdən azad etdiyi Amerika vətəndaşının azadlığa çıxmaq şansı olmazdı.