Cəlilabadda iki avtomobil toqquşdu, 3 nəfər yaralandı

Cəlilabadda iki avtomobil toqquşdu, 3 nəfər yaralandı
HADİSƏ 22 Oktyabr 2026 11:34
Cəlilabad şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, qəza şəhərin Qurtuluş prospektində qeydə alınıb.

“VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər yaralanıb. Yaralılar tibbi yardım göstərilməsi üçün rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.