Xırdalanda zəncirvari qəza baş verdi: Xəsarət alan var

Xırdalanda zəncirvari qəza baş verdi: Xəsarət alan var
HADİSƏ 22 Oktyabr 2026 09:30
Abşeron rayonunun Xırdalan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil əvvəlcə piyadanı vurub.

Daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarında park edilmiş “Mercedes Sprinter”, VAZ-2107 və “Volkswagen Polo” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində piyada xəsarət alıb. Hadisənin təfərrüatları və başvermə səbəbləri araşdırılır.