Diqqət! Jurnalistlər bu qaydaları pozarsa:  3 minədək...

Diqqət! Jurnalistlər bu qaydaları pozarsa:  3 minədək...
SOSİAL 21 Oktyabr 2026 17:01
Jurnalistlərin qanunla yayılması qadağan edilən məlumatları paylaşması və ya informasiya mənbəyini qanunsuz şəkildə açıqlaması ciddi maliyyə cəriməsinə səbəb ola bilər.

Sitat.info xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, media subyektinin redaksiyası, məsul redaktoru və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə edilərək qanunla açıqlanması qadağan olunan informasiyanın yayılmasına, yaxud informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanmasına görə cərimələr nəzərdə tutulub.

Belə hallarda fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə edilə bilər.

///Ajans.az