Putinlə Uitkoff arasında görüş başladı

Putinlə Uitkoff arasında görüş başladı
Dünya 21 Oktyabr 2026 13:08

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb.

Sitat.info xəbər verir ki, Putin-Uitkoff danışıqları Sankt-Peterburqda Konstantinov sarayında keçirilir.

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov danışıqlarda əsas mövzunun Ukrayna münaqişəsi olacağını bildirib.

Qeyd edək ki, Uitkoff Rusiyaya səfərindən əvvəl Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.