Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir
SİYASƏT 21 Oktyabr 2026 12:52

Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün oktyabrın sonunda Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.