DYP-dən təmirlə bağlı sürücülərə müraciət
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Quba–Bakı avtomobil yolunda aparılan təmirlə bağlı sürücülərə müraciət edib.
Sitat.info xəbər verir ki, müraciətdə deyilir ki, hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.
"Bununla əlaqədar qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur. Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.
Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nizamlanması üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür",- müraciətdə qeyd edilib.