Fransaya səfərlə bağlı XİN-dən xəbərdarlıq

Fransaya səfərlə bağlı XİN-dən xəbərdarlıq
Gündəm 20 Oktyabr 2026 18:55

Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Sitat.info  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) səyahət xəbərdarlığında bildirilib.

Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

E-poçt ünvanı

[email protected]

[email protected]

[email protected]

Əlaqə nömrəsi

+33 (0) 1 44 18 60 20

+33 (0) 1 44 18 60 23

Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)"