Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL
SOSİAL 20 Oktyabr 2026 16:42

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) oktyabrın 24-ü və 25-də artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Sitat.info xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

    Bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər təşkil olunur.

    Qatar biletlərini ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.