Oktyabrın pensiya ödənişləri yekunlaşdı

Oktyabrın pensiya ödənişləri yekunlaşdı
SOSİAL 20 Oktyabr 2026 13:55
Oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Sitat.info xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.