Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olacaq

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olacaq
İdman 20 Oktyabr 2026 12:25
“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın Türkiyə milli komandasını çalışdıra bilər

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilib ki, o, artıq Türkiyə Futbol Federasiyası ilə bütün məsələlərdə razılığa gəlib. Təyinatın yaxın saatlarda rəsmi açıqlanacağı qeyd edilib. 

Sergen Yalçın bu postda bir neçə gün öncə istefa verən Vinçenzo Montellanı əvəzləyəcək.