Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Sitat.info xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı maşını aşırıb.
Qəzada nəticəsində avtomobildə olan 1996-ci il təvəllüdlü sərnişin Elnur Rüstəmov aldığı xəsarətlərdən vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.