Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək
Fransada baş verən iğtişaşlar və talan hadisələri fonunda bəzi şəhərlərin mərkəzlərində komendant saatı tətbiq olunacaq.
Sitat.info xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornü açıqlama verib.
Onun sözlərinə görə, komendant saatının tətbiqi ilə bağlı müvafiq göstərişlər verilib. Məhdudiyyətlər axşam saatlarından etibarən bəzi şəhərlərin müəyyən ərazilərində qüvvəyə minəcək.
Qərar oktyabrın 17-də yaşayış xərclərinin artmasına qarşı keçirilən kütləvi etirazlar zamanı baş verən zorakılıq, mağazaların talan edilməsi və binalara ziyan vurulmasından sonra qəbul edilib.