Diqqət!19 oktyabr saat 08:00-dan etibarən...

Diqqət!19 oktyabr saat 08:00-dan etibarən...
SOSİAL 17 Oktyabr 2026 12:25
Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-də etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Bu barədə  Sitat.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Əks istiqamətdə isə 19 oktyabr saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.