ADY uşaqlar üçün maarifləndirici tur təşkil etdi - VİDEO

SOSİAL 16 Oktyabr 2026 17:40

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) uşaqlar üçün maarifləndirici proqram təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə ADY-nin mətbuat xidməti məlumat yayıb.

Aksiya çərçivəsində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evinin himayəsində olan uşaqlar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə müasir qatarla səyahət ediblər. Səfərin sonunda azyaşlılar Azərbaycan Dəmiryol Muzeyini ziyaret edərək dəmir yolunun tarixi və ölkənin inkişafındakı rolu ilə yaxından tanış olublar.

Maraqlı və maarifləndirici proqram uşaqların dünyagörüşünü genişləndirmək, onlarda dəmir yolu nəqliyyatının tarixi barədə biliklər formalaşdırmaq məqsədi daşıyıb. Tədbirin sonunda uşaqlara ADY tərəfindən xatirə hədiyyələri təqdim olunub.