Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var

Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var
HADİSƏ 16 Oktyabr 2026 13:55
Goranboyda qətl törədilib.

Sitat.info xəbər verir ki, hadisə rayonun Baxcakürt kəndində qeydə alınıb.

Kənd sakini 1952-ci il təvəllüdlü Qələndər Muradov məktəbin qarşısında ov tüfəngi ilə güllələnərək öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Orxan Həsənov polisin keçirdiyi müvafiq tədbirlərlə saxlanılıb.

Onun əqli qüsurlu olduğu və müvafiq tibb müəssisəsində qeydiyyatda olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.