Dövlət qulluğu vəzifəsinin həvalə edilməsinə bu halda yol veriləcək
Sitat.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - Dövlət Qulluğu Məcəlləsi layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət orqanının rəhbəri vakant vəzifə üzrə qulluq funksiyalarının icrasını 1 (bir) ildən çox olmamaqla, həmin vəzifə dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tutulanadək müddətli əmək müqaviləsi bağlamaqla dövlət qulluqçusu hesab olunmayan şəxslərə həvalə edə bilər.
Dövlət qulluğu vəzifəsinin həvalə edilməsinə o halda yol veriləcək ki, həmin vakant vəzifə bu Məcəlləyə uyğun olaraq tutulması üçün müsabiqəyə və ya daxili müsahibəyə çıxarılsın və həvalə edilmə barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilsin.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.