Pezeşkian: "İran inqilabdan bəri heç vaxt bu qədər çətinliklə üzləşməyib"
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, 1979-cu il inqilabından bəri ölkə heç vaxt indiki qədər güclü təzyiq və çətinliklərlə qarşılaşmayıb.
Sitat.info xəbər verir ki, IRNA-nın məlumatına görə, Pezeşkian iclasda ölkədəki iqtisadi və sosial vəziyyəti qiymətləndirib.
O, İranda 1979-cu il inqilabının ilk illərində iqtisadi və sosial problemlərin məscidlər ətrafında həll olunduğunu xatırladıb. Prezident həmin dövrdə olduğu kimi, məhəllələrdə insanların bir-birinin iqtisadi və sosial vəziyyətindən xəbərsiz qalmamalı olduğunu bildirib.
“İnqilabdan bəri ötən 48 ildə ölkə heç vaxt bu qədər güclü təzyiq və çətinliklə üzləşməyib”, – deyə Pezeşkian vurğulayıb.
O, “düşmənlərinin” İranın keçmiş ali rəhbəri Əli Xamenei, eləcə də bəzi komandirlər və rəsmiləri hədəf alaraq ölkədə sabitsizlik yaratmaq istədiklərini qeyd edib.
Pezeşkian ölkədə heç bir sabitsizliyin baş vermədiyini, əksinə, birlik və həmrəyliyin artdığını bildirib.
Nigar,
Sitat.info