AQEM-in Baş katibi Azərbaycana təşəkkür etdi

AQEM-in Baş katibi Azərbaycana təşəkkür etdi
SİYASƏT 15 Oktyabr 2026 16:50

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay təşkilatın Astanadakı qərargahına "Qarabağ atı" heykəlinin hədiyyə edilməsinə görə Azərbaycana təşəkkür edib.

Sitat.info xəbər verir ki, o, bunu AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.

"Bu hədiyyəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm", - K.Sarıbay qeyd edib.