Britaniyada ŞOK SORĞU: İngilislərin yarısı ölkəsi üçün döyüşmək istəmir
Böyük Britaniyada keçirilən sorğuda iştirakçıların 48 faizi heç bir halda ölkəsi üçün silaha sarılıb döyüşə qatılmayacağını bildirib.
Sitat.info xəbər verir ki, “Ipsos” araşdırma şirkətinin sentyabrın 29-dan oktyabrın 1-dək 1090 nəfər arasında keçirdiyi sorğuya əsasən, ölkəsi uğrunda döyüşəcəyini deyənlərin payı 36 faiz olub.
Qadınların 56 faizi, kişilərin isə 40 faizi müharibə vəziyyətində döyüşməyəcəyini bildirib.
Sorğu iştirakçılarının 51 faizi Britaniya ordusunun ölkəyə hücum olacağı təqdirdə onu müdafiə edə biləcəyinə inanır.
Eyni zamanda, respondentlərin 51 faizi hökumətin müdafiə xərclərini artırmalı olduğunu düşünür.
İştirakçıların 36 faizi ordunun vəziyyətini pis, 29 faizi isə yaxşı qiymətləndirib.
Aytac,
Sitat.info