Azərbaycanlı dənizçilərin yaxınlığındakı gəmiyə dron zərbəsi: "Kömək edin..." VİDEO 

Gündəm 10 Oktyabr 2026 10:26

Xəbər verdiyimiz kimi, Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçi 4 aydır gəmidə çıxılmaz vəziyyətdə qalıb.

Türkiyənin “Adler” şirkətinə məxsus “Consul” gəmisinin heyəti maaşlarını ala bilmədikləri üçün ərazini tərk edə bilmir.

Gəminin kapitanı Səbuhi Salayev Sitat.info-ya bildirib ki, sonuncu hücum oktyabrın 10-da, gecə saat 03:00 radələrində baş verib. Onun sözlərinə görə, zərbə azərbaycanlı dənizçilərin olduğu ərazidən təxminən 200-300 metr məsafədə yerləşən bir gəmiyə endirilib. Nəticədə həmin gəmidə yanğın başlayıb.

Hadisə anı lentə alınaraq redaksiyamıza göndərilib.

Aytac,

Sitat.info