Lənkəranın 5 kəndinə dolu düşdü - FOTO

Lənkəranın 5 kəndinə dolu düşdü - FOTO
SOSİAL 10 Oktyabr 2026 10:13

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur.

Sitat.info xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb.

Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.

Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir.