Samuxda 40 yaşlı kişi küçədə bıçaqlandı: Qonşusu saxlanıldı

Samuxda 40 yaşlı kişi küçədə bıçaqlandı: Qonşusu saxlanıldı
HADİSƏ 09 Oktyabr 2026 18:30

Samux rayonunda 40 yaşlı kişi bıçaqlanıb.

Sitat.info-nun məlumatına görə, hadisə rayonun Kolayr kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Anar Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, 1992-ci il təvəllüdlü Nəsib Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.