“Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləndilər - YENİLƏNİB - FOTO

“Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləndilər - YENİLƏNİB - FOTO
HADİSƏ 09 Oktyabr 2026 15:03

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb".

Sitat.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

    İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

    ***

    Beyləqan rayonunda 16 nəfər qidadan zəhərlənib.

    Sitat.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

    Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.