Putinin ad günündən FOTO
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin birgə fotosunu yayımlayıb.
Sitat.info xəbər verir ki, oktyabrın 7-də Putin və Şröderin Rusiya liderinin ad gününü qeyd etməsi zamanı çəkilən görüntülər “Max” platformasında paylaşılıb.
Fotolarda siyasətçilərin qeyri-rəsmi şəraitdə əl sıxaraq yan-yana dayandıqları görünür. Hər ikisi gödəkçə geyinib, lakin qalstuk taxmayıb. Arxa planda soba və rus samovarı diqqət çəkir.
Qeyd edək ki, Vladimir Putin oktyabrın 7-də ad gününü qeyd edib. Prezident administrasiyası axşam saatlarında onun ailə üzvləri və dostları tərəfindən təbrik olunacağına ümid etdiyini bildirib.