Şahbaz Şərif Moskvaya gedir

Şahbaz Şərif Moskvaya gedir
Dünya 23 Noyabr 2026 10:30
Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üç günlük səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə DAWN qəzeti Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Şərifin Rusiya prezidenti Vladimir Putinlə İslamabad və Moskva arasında enerji, müdafiə, ticarət, regional təhlükəsizlik və investisiya sahələrində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.