Bakıda maşın alışıb yandı - VİDEO
Paytaxtın Sabunçu rayonunda avtomobildə yanğın baş verib.
Sitat.info xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı minik avtomobili qəfil alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.